Sosial şəbəkədə biz:

“İntihardır, qəsddir bilmirəm” - Dəyanət Rzayevin anası

06 February 2017, 16:00
Gündəm
Xəbər verdiyimiz kimi, tanınmış psixoloq Dəyanət Rzayev bir müddət öncə özünü yaşadığı evdə kəmərlə asaraq, intihar edib. “ Azinforum.az ” xəbər verir ki, psixoloqun cəsədini onun yaşadığı evdə anası Şərqiyyə Rzayeva aşkarlayıb. O, Modern.az-a açıqlamasında hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparıldığını bildirib: “Bizə heç bir məlumat verilmir. Bildirirlər ki, araşdırmalar davam edir”. Şərqiyyə Rzayeva araşdırma nəticələrinin nə vaxt açıqlanacağı barədə də məlumatsız olduğunu deyib: “Heç nə deyilmir. İntihardır, qəsddir bilmirəm”. Xatırladaq ki, D.Rzayev intihardan öncə məktub yazıb. O, məktubunda intiharında heç kimin günahı olmadığını, bunun "özünün şəxsi qərarı olduğunu” qeyd edib.