Sosial şəbəkədə biz:

Qusarda 89 yaşlı qadın üzərində olan "Makarov" markalı tapança və 15 ədəd patronu polisə təhvil verib

07 February 2017, 12:32
Gündəm
Qusar rayonunda 89 yaşlı qadın üzərində olan "Makarov" markalı tapança və 15 ədəd patronu polisə təhvil verib. "Report" xəbər verir ki, şəhər sakini 1928-ci il təvəllüdlü Gülxanım Məmmədova "Makarov" markalı tapançanı, 15 ədəd patronu və 2 ədəd patron darağını könüllü olaraq Qusar Rayon Polis Şöbəsinə təhvil verib. Faktla bağlı Qusar RPŞ-də araşdırmalara başlanılıb.