Sosial şəbəkədə biz:

İlham Zəkiyev Avropa Oyunlarının qalibi olub

26 June 2015, 21:26
Gündəm
 
Bu gün Bakı-2015 Avropa Oyunlarında paracüdoçular mübarizəyə qoşulublar.
Apasport.az saytının məlumatına görə, yığmamızın lideri İlham Zəkiyev (+90 kq) Avropa Oyunlarına yarımfinaldan start verib. Paralimpiya Oyunlarının qalibi, Bakı-2015-in məşəlçisi finala gedən yolda Klimis Papaçristosla  güləşib.
Zəkiyev mərhələ adlamağa cəmi 27 saniyə sərf edib. "Neftçi İdman Klubu"nun üzvü ipponla qalib gələrək, finalda iştirak hüququ qazanıb. O, qızıl medal uğrunda  Aleksandr Pominovu məğlub edib.