Prezident hərbçiləri mükafatlandırdı - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bir qrup hərbi qulluqçusunun “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azinforum.az xəbər verir ki, sənədə əsasən, Xidməti vəzifələrini və qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər: Salmanov Səxavət İbrahim oğlu – general-mayor Əsgərli Yunis Sabir oğlu – polkovnik Mahmudov Qəşəm Fərzalı oğlu – polkovnik Tağıyev Eldar İsgəndər oğlu – polkovnik Ədilov Rövşən Həsən oğlu – polkovnik-leytenant Məmmədov İlham Aydın oğlu – polkovnik-leytenant Məmmədov Kənan Eldar oğlu – polkovnik-leytenant Rüstəmov Xanlar Kamran oğlu – polkovnik-leytenant Heybətov Nizami Mikayıl oğlu – mayor Məmmədov Fərman Sabir oğlu – mayor Heydərov Lətif Hüseyn oğlu – kapitan.