Sosial şəbəkədə biz:

Avropa Oyunlarını keçirmək istəyən şəhərin adı açıqlandı

28 June 2015, 11:35
Gündəm
“2019-cu ildə keçiriləcək Avropa Oyunlarına ev sahibliyinə artıq dörd ölkənin namizədliyi irəli sürülüb”. “Mançester Avropa Oyunları-2023-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürə bilər”.  Bu sözləri BBC-yə müsahibəsində Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib. P.Hikki həmçinin 2019-cu ildə keçiriləcək Avropa Oyunlarına ev sahibliyinə artıq dörd ölkənin namizədliyini irəli sürdüyünü qeyd edib: “Faktiki olaraq, 2023-cü ildə Avropa Oyunlarının Mançesterdə keçirilməsi ilə bağlı qərarın dəqiqləşdirilməsi üçün Mançesterdən müşahidəçilər Bakıya gələrək Oyunları müşahidə ediblər”.