Sosial şəbəkədə biz:

Bakıxanov Ticarət Mərkəzində kütləvi dava düşüb, gənc oğlan bıçaqlanıb

13 February 2017, 17:12
Gündəm
Bakıda kütləvi dava zamanı gənc oğlan bıçaqlanıb. "Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. Belə ki, Bakıxanov Ticarət Mərkəzində ("Razin talkuçka"sı kimi tanınır) 6 nəfər arasında dava düşüb. Dava zamanı 1995-ci il təvəllüdlü Poladov Məbud Ərəstun oğluna 3 bıçaq xəsarəti yetirilib. M.Poladov xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.