Sosial şəbəkədə biz:

Xörəkdəki ət parçalarının üzərində “Allah” yazıldı? - FOTOLAR

14 February 2017, 10:02
Gündəm
Nigeriyanın ən böyük şəhəri Laqosda gözlənilməz hadisə baş verib.
Günorta övladları üçün ətdən hazırladığı xörəyi boşqablara çəkən bir ana heyrətdən donub qalıb. O, az əvvəl doğrayaraq bişirdiyi hər bir ət tikəsinin üzərində “Allah” kəlməsi yazıldığını görüb.
Moderator.az xəbər verir ki, xarici İslam saytlarının verdiyi  və sosial şəbəkələrdə də yayılmış xəbərdə belə iddia edilir.
Hər halda təqdim edilən fotolarda ət parçaları üzərindəki yazının ərəb qrafikasında “Allah” sözünə çox bənzədiyi aydın görünür.