Ermənistanda işsizlik kəskin artıb
Ermənistanda 2016-cı ilin yanvar-dekabr aylarında rəsmi olaraq işsiz kimi qeydiyyatdan keçən insanların sayı 79 min 166 nəfər olub.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika Komitəsi məlumat yayıb. Məlumata əsasən 2015-ci ildə bu göstərici 73 min 295 nəfər olub. Erməni KİV-i yazır ki, əslində ölkədə işsizlərin sayı rəsmi qurumların göstərdiyindən dəfələrlə çoxdur. Bu səbəbdən ermənilər ölkəni kütləvi şəkildə tərk edirlər.