Sosial şəbəkədə biz:

ABŞ Dövlət Departamentinin rəsmisi Bakıya gəlir

14 February 2017, 22:59
Gündəm
ABŞ dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini Robin Danniqan Bakıda keçiriləcək Cənub qaz dəhlizi Məşvərət Şurasının iclasında ölkəsini təmsil edəcək. Bu barədə Trend-ə ABŞ dövlət departamentindən məlumat verilib. Qeyd edək ki, “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasının 3-cü iclası 23 fevralda keçiriləcək. Şuranın ilk iclası 2015-ci il fevralın 12-də, ikinci iclası isə ötən il fevralın 29-da keçirilib.