Sosial şəbəkədə biz:

Medal qazanan idmançılar nə qədər pul alacaq - Siyahı 

Bakı-2015 I Avropa Oyunlarında medal qazanan Azərbaycan idmançılarına veriləcək pul mükafatının ümumi məbləği məlum olub.   Report-un məlumatına görə, medal sahiblərinə və onların şəxsi məşqçilərinə ümumilikdə 8 005 000 manat ödəniləcək.   Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı və Milli Olimpiya Komitəsi tərəfindən veriləcək pul mükafatının 3 450 000 manatı qızıl medal qazananlara və onların şəxsi məşqçilərinə, 1 895 000 manatı gümüş medalçılara və onların məşqçilərinə, 2 660 000 manat isə bürünc medalçılara və onların şəxsi məşqçilərinə çatacaq.   Azərbaycan idmançıları 17 gün davam edən Oyunlarda 56 medal qazanıb ki, bunların da 21-i qızıl, 15-i gümüş, 20-si isə bürüncdür.   "Bakı 2015" I Avropa Oyunlarında I yer tutmuş hər bir idmançıya 150 min manat (Prezidentin sərəncamı ilə 100 min + MOK tərəfindən 50 min), onun şəxsi məşqçisinə 75 min manat (Prezidentin sərəncamı ilə 50 min + MOK tərəfindən 25 min), II yerə sahib çıxanların hər birinə 80 min manat (Prezident sərəncamı ilə 50 min + MOK tərəfindən 30 min), onun şəxsi məşqçisinə 40 min manat (Prezidentin sərəncamı ilə 25 min + MOK tərəfindən 15 min), bürünc medal qazanmış hər bir idmançıya isə 50 min manat (Prezident sərəncamı ilə 30 min + MOK tərəfindən 20 min), onun şəxsi məşqçisinə 25 min manat (Prezidentin sərəncamı ilə 15 min + MOK tərəfindən 10 min) pul mükafatı ayrılıb.  

S İdmançılar Idman növü Medallar Mükafat (Min manatla)
Q G B Dövlət MOK Ş.Məşqçi Cəmi
1. Firdovsi Fərzəliyev Karate + 100 50 75 225
2. Rafael Ağayev Karate + 100 50 75 225
3. Ayxan Mamayev Karate + 100 50 75 225
4. İrina Zaretska Karate + 100 50 75 225
5. Niyazi Əliyev Karate + 30 20 25 75
6. İlahə Qasımova Karate + 30 20 25 75
7. Ayxan Tağızadə Taekvondo + 100 50 75 225
8 Milad Beygi H Taekvondo + 100 50 75 225
9 Radik İsayev Taekvondo + 100 50 75 225
10 Fəridə Əzizoza Taekvondo + 50 30 40 120
11. Patimat Abakarova Taekvondo + 30 20 25 75
12. Rəsul Çunayev Güləş + 100 50 75 225
13. Elvin Mürsəliyev Güləş + 100 50 75 225
14. Toğrul Əsgərov Güləş + 100 50 75 225
15. Xetaq Qazyumov Güləş + 100 50 75 225
16. Mariya Stadnik Güləş + 100 50 75 225
17. Anjela Doroqan Güləş + 100 50 75 225
18. Sabah Şəriəti Güləş + 50 30 40 120
19. Rafiq Hüseynov Güləş + 50 30 40 120
20. Elman Muxtarov Güləş + 30 20 25 75
21. Həsən Əliyev Güləş + 30 20 25 75
22. Cəbrayıl Həsənov Güləş + 30 20 25 75
23. Hacı Əliyev Güləş + 30 20 25 75
24. Ruslan Dibirhacıyev Güəş + 30 20 25 75
25. Cəmaləddin Maqomedov Güləş + 30 20 25 75
26. Natalya Sinişin Güləş + 30 20 25 75
27. Valentin Demyanenko Avarçəkmə + 50 30 40 120
28. RostislavPevtsov Triatlon + 30 20 25 75
29-30. Oleq Stepko İdman gimnastikası ++ 100 60 80 240
31. Oleq Stepko İdman gimnastikası + 30 20 25 75
32. Oleq Stepko İdman gimnastikası + 100 50 75 225
33. Marina Durunda Bədii gimnastika + 50 30 40 120
34. İlya Qrişunin Batut + 30 20 25 75
35. İdman Gimnastikası Komanda (3 idmançı) + 30 15 10 55
36. İlham Zəkiyev paracüdo + 100 50 75 225
37. Pərviz Bağırov boks + 100 50 75 225
38. Albert Səlimov boks + 100 50 75 225
39. Teymur Məmmədov boks + 100 50 75 225
40. Kollazo Sotomayor boks + 100 50 75 225
41. Elvin Məmişzadə boks + 100 50 75 225
42. Xaybula Musalov boks + 50 30 40 120
43. Səbinə Abdullayeva paracüdo + 50 30 40 120
44. Orxan Səfərov cüdo + 50 30 40 120
45. Sevil Bünyatova qılıncoynatma + 50 30 40 120
46. Amil Qasımov sambo + 50 30 40 120
47. İslam Qasımov sambo + 50 30 40 120
48. Vasif Səfərbəyov sambo + 50 30 40 120
49. Nəzakət Xəlilova sambo + 50 30 40 120
50. Sevinc Bünyatova Qılıncoynatma + 30 20 25 75
51. Məhəmmədrəsul Məcidov boks + 30 20 25 75
52. Yana Alekseyevna boks + 30 20 25 75
53. Anna Əlimərdanova boks + 30 20 25 75
54. Tayfur Əliyev boks + 30 20 25 75
55. Zakir Mislimov paracüdo + 30 20 25 75
56. Abdulkadir Abdullayev boks + 100 50 75 225
Cəmi 3450 1895 2660 8005
 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol