Sosial şəbəkədə biz:

Əflatun Amaşovdan mətbuata daha bir çağırış

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov ölkə mətbuatını mövhumatçılığa qarşı mübarizədə fəal olmağa çağırıb. Publika.az-ın məlumatına görə, bu gün Bakı Dövlət Universitetində (BDU) keçirilən “Azərbaycan milli mətbuatı – 140: “Əkinçi” ənənələri və müasir jurnalistika” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı Ə.Amaşov bildirib ki, bu istiqamətdə təhlükələr istisna deyil: “Əgər mövhumatçılıq güclənsə, sabah “Azad Qadın” heykəlinin qarşısında aksiya keçirə bilərlər. O halda mətbuat nə etməlidir, üzərinə hansı missiya düşür? Biz bu məsələlər barədə düşünməliyik”. Ə.Amaşov həmçinin deyib ki, BDU-nun jurnalistika fakültəsində təhsil alan tələbələrin xaricdəki nüfuzlu ali məktəblərə təhsil almağa göndərilməsi məqsədəuyğundur: “BDU-nun jurnalistika fakültəsində bakalavr səviyyəsində oxuyan tələbələrin təhsillərini davam etdirmək üçün xarici ölkələrdəki aparıcı ali məktəblərə göndərilməsi üçün Dövlət Proqramı da qəbul edilə bilər. Bu, jurnalistikamızın inkişafı baxımdan vacibdir”. Virtualaz.org xatırladır ki, Ə.Amaşov bir neçə gün əvvəl mediaya I Avropa Oyunları ilə bağlı da çağırış etmişdi.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol