Sosial şəbəkədə biz:

Seyran Ohanyan Naxçıvan sərhədinə gəldi

Ermənistanın müdafiə naziri Seyran Ohanyan bu gün Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsinə yaxın əraziyə gəlib. Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan hərbçisi iyunun 26-da məhz həmin ərazidə həlak olub. Erməni nazir postlara baş çəkib, operativ vəziyyətlə tanış olub, döyüş növbəsinin xüsusiyyətləri ilə maraqlanıb, istehkam-mühəndis qurğularının nə dərəcədə etibarlı olmasını şəxsən yoxlayıb. Erməni KİV-lərinin xəbərinə görə, nazir Ohanyan əsgər və zabitlərlə söhbət edib, şəxsi heyətlə görüşüb, onların hazırlıq səviyyəsi və mənəvi-psixoloji durumu ilə tanış olub.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol