Sosial şəbəkədə biz:

Obama İrana məxfi məktub göndərdi

ABŞ prezidenti Barak Obama İran hakimiyyətinə məxfi məktub göndərib. "Report" xəbər verir ki, bu haqda Tehranda çıxan "Həmşəhri" qəzeti məlumat yayıb. İran parlamenti Rəyasət Heyətinin üzvü Mehrdad Bazrpaş faktı təsdiqləyib. O bildirib ki, məktubu ölkə rəhbərliyinə İranın qonşusu olan dövlətin nümayəndəsi çatdırıb. Onun sözlərinə görə, məktub İranın nüvə probleminə həsr edilib. Qəzet ehtimal edir ki, məktubu İran hakimiyyətinə İraqın baş naziri Heydər əl-İbadi çatdırıb. Məsələ ilə bağlı başqa məlumat əldə etmək mümkün olmayıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol