Sosial şəbəkədə biz:

Nazir rayon baytarlıq idarəsinin rəisini işdən qovdu

Bərdə Rayon Baytarlıq İdarəsinin rəisi Yavər Mirzəyev vəzifədən azad olunub. "Report" xəbər verir ki, kənd təsərrufatı naziri Heydər Əsədov bununla bağlı əmr imzalayıb. Y.Mirzəyevin vəzifədən çıxarılmasına səbəb kimi, onun işdə yol verdiyi nöqsanlar göstərilib. O, iki il bundan əvvəl rəis təyin edilmişdi. Qeyd edək ki, hələlik idarə rəisi vəzifəsinə təyinat olmayıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol