Sosial şəbəkədə biz:

Bakıda qız üstündə qan töküldü

Bakının Nərimanov rayonunda qız üstündə adam öldürüblər. Anspress-in məlumatına görə, hadisə ötən gün səhər saatlarında qeydə alınıb. Yasamal rayon sakini, 1990-cı il təvəllüdlü Nazim Ələkbərov qarın nayihəsindən aldığı bıçaq xəsarətlərilə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb. Baş verən cinayət hadisəsi ilə əlaqədar Nərimanov polisi dərhal araşdırmalara başlayıb. Araşdırmalar zamanı qətldə şübhəli bilinən 1991-ci il təvəllüdlü Kamran Həsənzadə saxlanılıb. İlkin dindirilmə zamanı Kamran Həsənzadə qətli qız üstündə törətdiyini bildirib. Belə ki, 29 iyun səhər saat 05 radələrində Nazim Ələkbərov sevdiyi qızla onların məhəlləsində dayanıb söhbət edib. Bu zaman Kamran Həsənzadə oğlana irad tutub. Nəticədə aralarında münaqişə başlanıb. Münaqişə zamanı Kamran Həsənzadə bıçağa əl atıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol