Sosial şəbəkədə biz:

Türkiyə parlamenti ikinci turda da sədr seçə bilmədi

Dünən yerli vaxtla saat 15:00-da toplaşan Türkiyə Böyük Millət Məclisinin (TBMM) ümumi iclasında Məclis sədri seçkisinin ilk iki turu keçirilib. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, ilk və ikinci tur səsvermədə namizədlər yetərli səs (367) ala bilməyiblər. 3 və 4-cü turun səsvermələri sabah keçiriləcək. İkinci turda Cümhuriyyər Xalq Partiyasının (CHP) namizədi Dəniz Baykal birinci turdan fərqli olaraq 3 səs artıq toplayıb. Beləliklə ikinci turun nəticələri: İsmət Yılmaz (Ədalət və İnkişaf Partiyası): 256 Dəniz Baykal (Cümhuriyyət Xalq Partiyası): 128 Ekmələddin İhsanoğlu (Milliyyətçi Hərəkat Partiyası): 80 Dengir Mir Mehmet Fırat (Xalqların Demokratik Partiyası): 80 Xatırladaq ki, ilk turda səsvermənin nəticəsi belə olmuşdu: İsmət Yılmaz (AKP): 256 Dəniz Baykal (CHP): 125 Ekmələddin İhsanoğlu (MHP): 81 Dengir Mir Mehmet Fırat (HDP): 81 Seçkidə 2 səs etibarsız sayılıb. Bu rəqəmlərə görə 545 deputat səs verib. AKP-də 2 millət vəkili üzürlü səbəbdən seçkiyə qatılmayıb. Müvəqqəti Məclis sədri Dəniz Baykal da səs verməyib. AKP-nin namizədi İsmət Yılmaz səsverməyə qatılan partiyalı millət vəkillərinin hamısının səsini qazanmış görünür. HDP və MHP-nin namizədləri partiyalarının deputat sayından 1 səs artıq səs alıb. CHP-nin 132 millət vəkili olduğu nəzərə alınsa, Dəniz Baykal partiyasının vəkil sayından az səs alıb. Onu da xatırladaq ki, Məclisdə AKP-nin 258, CHP-nin 132, MHP və HDP-nin hərəsinin 80 deputatı var.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol