Sosial şəbəkədə biz:

“PAŞA Bank”ın İdarə Heyətinə yeni üzvlər təyin olundu

APA xəbər verir ki, İdarə Heyətinin yeni üzvləri Şirin Əliyeva və Aydın Atakişiyevdir. Eyni zamanda, Ş.Əliyeva Baş hüquq inzibatçısı, A.Atakişiyev isə baş strategiya inzibatçısı vəzifələrini tutacaqlar. Onların hər ikisi öz yeni vəzifələrinə 22 may 2015-ci il tarixindən etibarən təyin olunublar. Xatırladaq ki, iyunun 29-da Müşahidə Şurasının qərarı ilə “PAŞA Bank”ın İdarə Heyətinin yeni sədri müəyyən olunub. Sədr vəzifəsinə öncə bankın İdarə Heyətinin üzvü olmuş Taleh Kazımov gətirilib. Qeyd edək ki, bu təyinatdan əvvəl “PAŞA Bank”a Fərid Axundov rəhbərlik edib. F.Axundov öz işini bankın Müşahidə Şurasının üzvü kimi davam etdirəcək. T.Kazımov yeni vəzifəsinin icrasına bu gündən, iyulun 1-dən başlamalı idi.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol