İlham Əliyevdən generallarla bağlı sərəncam
Azərbaycan prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Azinforum.az AZƏRTAC-a istinadən məlumatına görə, sərəncama əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə ali xüsusi rütbələr verilsin: polis general-leytenantı ali xüsusi rütbəsi: polis general-mayoru İsmət Rəşid oğlu Əliyevə polis general-mayoru ali xüsusi rütbəsi: polis polkovniki Seyfulla Səttar oğlu Əzimova polis polkovniki Əkbər Arif oğlu Yusifova.