Sosial şəbəkədə biz:

Tale Heydərovun klubundan şikayət

Ukraynalı baş məşqçi Roman Qriqorçukun gəlişindən sonra “Qəbələ”dən göndərilən rumıniyalı hücumçu Andrey Kristea klubdan FİFA-ya şikayət edə bilər. Qafqazinfo” xəbər verir ki, eks-baş məşqçi Dorinel Muntyanunun komandaya gətirdiyi və onun gedişindən sonra qovulan futbolçuya “qırmızı-qaralar”ın hələ də borcu var. Futbolçu özü də bunu saytımıza açıqlamasında təsdiqləyib: ““Qəbələ”nin mənə borcu var. Ümid edirəm ki, onlar bu pulu verəcəklər. Məbləği açıqlamaq istəmirəm, çünki bu sirdir. Düşünürəm ki, məsələ çox böyüməyəcək. Amma pulumu almayacağım təqdirdə sözsüz ki, FİFA-ya müraciət edəcəm”. Qeyd edək ki, Andrey Kristea “Qəbələ”yə 2014-cü ilin yayında gəlib və elə həmin ilin son ayında da klubdan ayrılıb. O, əyalət klubunun heyətində 8 oyunda meydana çıxmışdı və fərqlənə bilməmişdi.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol