Sosial şəbəkədə biz:

Azərbaycanın daha bir tikinti maqnatı axtarışa verildi

Azərbaycanda daha bir tikinti şirkətinin rəhbəri barəsində axtarış elan olunub. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, “RUM” Mənzil Tikinti Kooperativinin direktoru, 1952-ci il təvəllüdlü Hüseynov İmran Bünyad oğlu Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir. Qeyd edək ki, İ. Hüseynov Bakıda çoxmərtəbəli yaşayış binasında mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satmaqla 185 min 550 manat məbləğində özgə əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirməkdə günahlandırılır. 2015-ci ilin fevralında Baş Prokurorluq İ. Hüseynovun qanunsuz əməlləri və tutulması barədə məlumat yayıb. Bakı Şəhər Baş Polis İdarəsi isə İ. Hüseynovun yenidən axtarışda olması barədə məlumat yayıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol