SOCAR məhkəmədə "Azərenerji"ni uddu
SOCAR məhkəmədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azərenerji" ASC-ni məhkəməyə verib. APA-nın məlumatına görə, bu ilin yanvar ayının 14-də SOCAR "Azərenerji"nin debitor borcun qaytarılması iddiası ilə Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə SOCAR-ın xeyrinə qərar çıxarıb. "Azərenerji" borc məbləğinin ödənilməsinə dair qərarın yenidən baxılması üçün məhkəməyə apelyasiya ərizəsi ilə müraciət etməyib. Qeyd edək ki, borcun məbləği açıqlanmır.