Sosial şəbəkədə biz:

Ramil Usubovun oğlu və Bakının polis rəisi mükafatlandırıldı

Bu gün Prezident İlham Əliyev bir qrup polis əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda daxili işlər naziri, general-polkovnik Ramil Usubovun oğlu Raul Usubovun və Bakı şəhər Baş Polis İdarəsinin rəisi, general-mayor Mirqafar Seyidovun da adı var. Azinforum.az-ın məlumatına görə, polis general-mayoru Seyidov Mirqafar Mircəfər oğlu 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, polis polkovnik-leytenantı Usubov Raul Ramil oğlu isə "İgidliyə görə" medalı ilə təltif olunublar. Təltif olunanlar arasında Bakı şəhər BPİ-nin rəis müavini, polis general-mayoru Səhlab Bağırov da var.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol