Sosial şəbəkədə biz:

DSMF sədri Elman Mehdiyev Şəmkirdə vətəndaşlarla görüşəcək

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev 8 iyul 2015-ci il tarixdə, saat 11:00-da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. Bu barədə Azinforum.az-a qurumun ictimaiyyətlə əlaqələr sektorundan məlumat daxil olub. Məlumatda deyilir ki, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin info@sspf.gov.az electron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər: Fondun Aparatında (012) 434-12-34 Şəmkir şəhər şöbəsində (02230) 5-30-33 Gədəbəy rayon şöbəsində (02232) 6-00-93 Tovuz rayon şöbəsində (02231) 5-00-40 Ağstafa rayon şöbəsində (02222) 5-26-12 Qazax rayon şöbəsində (02229) 5-27-96 Qəbulda iştirak edəcək vətəndaşların iyulun 8-də Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol