Müəmmalı Madımak qətliaından 22 il keçir - VİDEO
2 iyul 1993-cü il tarixində, Sivas şəhərində “Madımak” otelinin yandırılması nəticəsində 37 nəfər həyatını itirmişdi.
Bu dəhşətli faciədən 22 il keçir. 1993-cü ilin 2 iyulunda Pir Sultan Abdal şənliklərində iştirak etmək üçün Sivas şəhərinə ölkənin müxtəlif bölgələrindən qonaqlar dəvət olunmuşdu. Aralarında Əziz Nesin də olduğu bir çox sənət və söz adamı Sivas meri Ahmet Karabilginin dəvəti ilə şənliklərdə iştirak etmək üçün Sivas şəhərinə gəlmişdilər. Bu zaman radikal islamçılar tərəfindən aksiyalar keçirildi. Etirazçılar “Madımak” otelinin qarşısına yığışdılar. Əvvəlcə otelin qarşısındakı maşınlara od vuruldu, sonradan otelin birinci mərtəbəsində yanğın törətdilər. Bir anda yanğın bütün binanı bürüdü və nəticədə oteldə dəhşətli yanğın hadisəsi baş verdi. 37 nəfər otelin içərisində yanaraq, tüstüdən boğularaq can verdi. Hadisə nəticəsində, 33 qonaq, 2 otel işçisi, 2 etirazçı həyatını itirdi.