Sosial şəbəkədə biz:

Bakıda faciəvi olay: 21 yaşlı oğlan anasını öldürdü

07 July 2015, 10:44
Gündəm

Siyavuş Zöhrabov anasını qısqanclıq zəminində qətlə yetirib

  Bakıda qətl hadisəsi baş verib.   Nizami Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Mehdi Abbasov küçəsi ev 33-də qeydə alınıb. 1994-cü il təvəllüdlü Siyavuş Zöhrabov qısqanclıq zəminində anası, 1970-ci il təvəllüdlü Tahirə Zöhrabovanı bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən S. Zöhrabov tutulub. Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.