Sosial şəbəkədə biz:

Moskvada Stalinin azərbaycanlı oxşarı Leninin oxşarını döydü

Moskvada sovet liderləri – Vladimir Lenin və İosif Stalinin oxşarları arasında “Oxotnıy ryad” metsostansiyası yaxınlığında dava düşüb. Musavat.com-un məlumatına görə, yerli milis şöbəsinə Manej meydanında Leninin oxşarı işləyən İqor Qorbunovdan şikayət daxil olub. Onun sözlərinə görə, Stalinin oxşarı işləyən vətəndaş Lətif Vəliyev həmin meydanda mübahisədən sonra ona 3 dəfə belindən çətirlə zərbə vurub. Qeyd edək ki, kafedə iki mərhum liderin oxşarı arasında peşəkar mövzuda mübahisə düşüb. Zərərçəkən “Lenin” yumşaq toxumaların əzilməsi üzündən poliklinikaya müraciət edib. Eyni zamanda milisə “Stalin”dən şikayət edib. Əlavə edək ki, Lətif Vəliyev azərbaycanlıdır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol