Sosial şəbəkədə biz:

Peterburqda 3 günlük matəm elan olundu

03 April 2017, 20:39
Gündəm
Sankt-Peterburq hökuməti metroda baş vermiş partlayışla bağlı şəhərdə 3 günlük matəm elan edib. “ Azinforum.az ” ın “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə şəhərin qubernatoru Andrey Kibitovun mətbuat xidmətindən bildirilib. Qeyd edək ki, Rusiyanın Sankt-Peterburq şəhərində metroda baş verən partlayış nəticəsində 10 nəfər həlak olub, 20 nəfər yaralanıb. Rusiya Baş Prokurorluğunun nümayəndəsi baş verən partlayışı terror hadisəsi adlandırıb.