Sosial şəbəkədə biz:

Azərbaycanlı oliqarx Avstriyanın kurort bölgəsində otel aldı

Azərbaycandan olan investor Avstriyanın kurort bölgəsində otel alıb. Virtualaz.org saytı Avstriya mənbələrinə istinadən xəbər verir ki, Azərbaycandan olan naməlum oliqarx bu yaxınlarda ölkənin dağlıq Heiligenbult bölgəsində yerləşən və 30 nömrədən ibarət “Hotel Rupertihaus”u alıb. Sövdələşmənin detalları məlum deyil. Bildirilir ki, Azərbaycandan olan digər investorlar da Avstriyada turizm sahəsinə sərmayə yatırmaq imkanlarını nəzərdən keçirirlər. Son vaxtlar Avstriya təkcə xarici turistlər üçün yox, eyni zamanda otel almağa maraq göstərən investorlar üçün də populyar ölkəyə çevrilib. 2015-ci ilin birinci yarısında 120 milyon avroluq otel alqı-satqı əməliyyatları həyata keçirilib.  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol