Mirşahin 52 yaşında ata olacaq
ANS telekanalının vitse-prezidenti, tanınmış telejurnalist Mirşahin Ağayev növbəti dəfə ata olacaq. Publika.az xəbəri dəqiqləşdirmək üçün jurnalistin özünə müraciət edib. Bunu normal qarşılayan 52 yaşlı vitse-prezidentin cavabı özünəməxsus olub: “Mirşahin ana olsaydı, hamı üçün maraqlı olardı, kişi ata olar da... Burda nə var ki?” Qeyd edək ki, onun 4-cü övladının oğlan olacağı bildirilir. Məşhur telejurnalist hazırda 3 övlad - iki oğlan və bir qız atasıdır. İlk evliliyindən Mirtəyyar və Mirçingiz adlı iki oğlu, ikinci evliliyindən isə Aysan adlı qızı var. Telejurnalistin ikinci xanımı tanınmış aparıcı Səbinə Heydərovadır. Moderator.az