Sosial şəbəkədə biz:

Nabranda kütləvi dava - VIDEO

 Ötən gecə Xaçmazda qətl hadisəsi baş verib. Hadisə rayonun Nabran istirahət zonasındakı “Dostluq” turizm bazasının ərazisində qeydə alınıb. Hadisə şahidlərinin bildirdiyinə görə, gənclər arasında baş verən kütləvi dava qanlı sonluqla nəticələnib. Münaqişə zamanı 26 yaşlı Xaçmaz şəhər sakini Məmmədov Famil Fərhad oğlu qətlə yetirilib. Mərhumun taksi sürücüsü olduğu və bir bıçaq zərbəsi ilə qətlə yetirildiyi bildirilib. Hadisənin şahidi Nəzir Səmədov deyir: "Uzaqdan gördüm ki, orada dava qopdu. Şillə, təpik, yumruq... Onların içərisindən dolufason bir oğlan ayrıldı, qaçıb gəldi, burada yıxıldı. Elə bildim ki, ayağı ilişib yıxıldı. Ayağa qalxdı, 10 metr sonra yenə yıxıldı. Yoldaşımı dedim ki, vallah, deyəsən, onu vurublar". Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs qismində Biləsuvar rayon sakini Abbaslı Ramil Etibar oğlu saxlanılıb. Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi açılıb. Araşdırmalar davam etdirilir. (Region TV)


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol