Sosial şəbəkədə biz:

İlham Əliyevə əsgəri salam verən "Bakı-2015"-in qalibinə rütbə verildi

Müğənni Elnarə Xəlilova Bakıda keçirilən Birinci Avropa Oyunlarında iştirak edən idmançılarımıza mahnı həsr edib. “Olimpiya himni”nin musiqisi Alxanlıya, sözləri İsmayıl Dadaşova, aranjemanı isə Əvəz Muradova məxsusdur. Mahnının video versiyası sosial şəbəkə istifadəçilərinin ixtiyarına verilib. Video çarxda Birinci Avropa Oyunlarının bütün yaddaqalan məqamları, o cümlədən qızıl medal qazanmış güləşçimiz Rəsul Çunayevin Ali Baş Komandan İlham Əliyevə əsgəri salamı yer alıb. Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri olan R. Çunayev ötən gün DSX-nın rəisi general-polkovnik Elçin Quliyev tərəfindən leytenant rütbəsi ilə təltif edilib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol