Sosial şəbəkədə biz:

Azərbaycanda əhalinin sayı açıqlandı – RƏSMİ

11 iyul - Ümumdünya əhali günüdür. Azərbaycanın Dövlət Statistika Komitəsi 11 iyul – Ümumdünya əhali günü ilə əlaqədar Azərbaycan əhalisinin sayını açıqlayıb. Komitədən verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 43,3 min nəfər və ya 0,5% artaraq 2015-ci il iyun ayının 1-i vəziyyətinə 9 milyon 636,3 min nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfərdir. Əhalinin ümumi sayının 53,1%-ni şəhər, 46,9%-ni isə kənd sakinləri təşkil edir, 49,8%-i kişilərdən, 50,2%-i qadınlardan ibarətdir. Əhalinin 22,4%-i 0-14 yaşda, 71,6%-i 15-64 yaşda, 6%-i isə 65 və yuxarı yaşda olanlardır.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol