Sosial şəbəkədə biz:

PKK komandirləri Azərbaycan vətəndaşlarının nömrələrindən istifadə edir

PKK komandirləri Türkiyə kəşfiyyatının dinləmə qurğularından yayınmaq üçün öz aralarında telefon danışıqlarını İranın GSM şəbəkələrinə aid nömrələr üzərindən aparır. Virtualaz.org saytı xəbər verir ki, bu barədə Türkiyə silahlı qüvvələrinin kəşfiyyat hesabatına istinadən “Yeni Çağ” qəzeti yazıb. Məqalədə bildirilir ki, yüksək rütbəli PKK komandirlərinin iranlı və İranda yaşayan Azərbaycan vətəndaşlarının adına qeydiyyatdan keçmiş mobil nömrələrdən istifadə etdiyi təsbit olunub. Nəticədə Türkiyə kəşfiyyatı onların telefon danışıqlarını dinləməkdə çətinlik çəkir. Baş Qərargahın hökumətə təqdim etdiyi kəşfiyyat hesabatına əsasən PKK komandirlərinin İranın GSM şəbəkələri üzərindən danışdığı təsbit olunsa da onların kimliklərini müəyyən etmək və danışıqlarını qeydə almaq mümkün olmur.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol