Sosial şəbəkədə biz:

Bakıdan Naxçıvana qatarla getmək mümkün olacaq

15 April 2017, 10:11
Gündəm
Bakı-Naxçıvan dəmir yolu Rəşt-Astara dəmir yolunun bir hissəsinin tikintisi barədə kredit sazişinin imzalanmasından 3 il sonra işə düşəcək. Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib. Onun sözlərinə görə, hazırda həmin kredit sazişinin imzalanması üçün hazırlıq işləri aparılır: “Bu marşrut üzrə qatarlar hərəkətə başlayandan sonra demək olar ki, Naxçıvanın dəmir yolu blokadası aradan qalxacaq. Saatda 60 kilometr orta sürəti nəzərə alaraq Bakıdan Naxçıvana 28-30 saata çatmaq olar”. C.Qurbanov qeyd edib ki, bu, həm Naxçıvana turist axınını artıracaq, həm də yükdaşımalarını asanlaşdıracaq. (Trend)