Sosial şəbəkədə biz:

Sabiq deputat Başkənddə  ailəsilə birlikdə iməclik keçirdi

Keçmiş millət vəkili, iqtisadçı ekspert Nazim Məmmədov Gədəbəyin Başkənd gölünün ağır ekoloji durumuyla bağlı paylaşdığı statusunda bildirib ki, gölün məişət tullantılarından təmizlənməsi üçün iməcilik təşkil edib:

"Şınığın, Gədəbəyin -Tovuzun sakinlərindən, həmçinin başqa yerlərdən Başkənd gölünün ətrafına istirahətə gələnlərin diqqətinə - sabah 10 iyul saat 12: 00 - da gölün ətrafını məişət tullantılarından təmizləmək üçün iməcilik təşkil edirəm. Təbiətə biganə olmayanlar dəvət olunursuz!" Sabiq deputat öz facebook səhifəsində təşəbbüsün reallaşdığı barədə status paylaşıb və fotolar yayıb. Məlum olub ki, aksiyaya N.Məmmədovun ailəsi və yaxınları da qoşulub. Eyni zamanda, iməclikdə digər yerlərdən gələn qonaqlar da iştirak edib. "Başkənd gölünün dörd bir yanı iaşə obyektləri ilə doludur, hamısının da ətrafı zir-zibillə örtülüb, gölün durumu da acınacaqlı, balıqdan çox butulkalar üzür. Yerli hakimiyyət və hərbçilər ancaq rüşvətə baxırlar?" deyə sabiq millət vəkili durumu xarakterizə edib. Keçmiş deputatdan Başkənd gölü ilə bağlı əhəmiyyətli təşəbbüs Keçmiş deputatdan Başkənd gölü ilə bağlı əhəmiyyətli təşəbbüs Keçmiş deputatdan Başkənd gölü ilə bağlı əhəmiyyətli təşəbbüs Keçmiş deputatdan Başkənd gölü ilə bağlı əhəmiyyətli təşəbbüs


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol