Bakıda 26 yaşlı qız paltar asarkən 7-ci mərtəbədən yıxılaraq ölüb
Bakıda qadın ehtiyatsızlığının qurbanı olub. Hadisə Yasamal rayonu ərazisində baş verib.
Belə ki, 1991-ci il təvəllüdlü Mehdiyeva Tamaşa Fərman qızı yaşadığı binanın 7-ci mərtəbəsinin eyvanında paltar asarkən yıxılıb. Nəticədə o, hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır. (“Report”)