Sosial şəbəkədə biz:

5-ci sinif şagirdi baş nazir oldu və nazirlərin suallarını cavablandırdı - VİDEO

23 April 2017, 14:36
Gündəm
Bu gün Türkiyədə Milli Suverenlik və Uşaq bayramı qeyd olunur. Aznews.az xəbər verir ki, bu gün baş nazir Binəli Yıldırım postunu bir günlük 5-ci sinif şagirdi Yağız Keçeyə etibar edib. Kiçik baş nazir onunla yaşıd olan nazirlərin suallarını cavablandırıb. Kiçik nazirlər baş nazirə daha çox təhsillə bağlı suallar ünvanlayıblar. “Konstitusiya dəyişikliyi ilə bağlı 8 il sonra nazir olmaq mümkündür” sualına kiçik baş nazir bununla bağlı çox sevincli olduğunu bildirib. Baş nazir Binəli Yıldırım uşaqların bu söhbətini bəyənərək, Türkiyənin gələcəyinin parlaq olacağını ifadə edib