Sosial şəbəkədə biz:

İranla “altılar” arasında tarixi razılaşma

Avropalı diplomat da İranın nüvə proqramlarına dair razılaşmanın əldə edildiyini, yaxın vaxtlarda tərəflərin nəticələri elan edəcəyini təsdiq edib. Məlumatlara görə razılaşma sənədi üzərində danışıqlar iyulun 14-nə keçən gecə başa çatıb. Daha sonra sənədin yekun variantını çapa hazırlamaq üçün ekspertlər işə başlayıb. Gözlənilir ki, saziş İran və “altılar” qrupu ölkələrinin xarici işlər nazirlərinin BMT-nin Vyanadakı mənzil qərargahında Bakı vaxtı ilə saat 12.30-da başlayacaq toplantısında imzalanacaq. Avropalı diplomatik mənbə bildirib ki, razılaşmaya əsasən Avropa İttifaqı İrana qarşı sanksiyaları sazişin imzalanmasından dərhal sonra ilin sonuna qədər donduracaq. Həmin müddət ərzində sanksiyaların tam ləğv edilməsi üçün qalan məsələlər razılaşdırılacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol