Sosial şəbəkədə biz:

OMON-çular azərbaycanlıların toyuna basqın etdi - VİDEO

26 April 2017, 11:38
Gündəm

Rusiyada OMON azərbaycanlıların toyuna basqın edib.

Azinforum.az  “TİA” informasiya agentliyinə istinadən xəbər verir ki, hadisə aprelin 24-də Tver Vilayətinin Kimrı şəhərində baş verib. Restorana daxil olan OMON-çular təxminən 200-ə yaxın qonağın sənədlərini yoxlayıblar. Daha sonra qonaqların avtomobilləri yoxlanılıb. Əməliyyat iki saat davam edib. OMON-nun Tver vilayəti üzrə idarəsinin mətbuat katibi Natalya Baal bildirib ki, yoxlama “Miqrant” əməliyyatı çərçivəsində keçirilib: “Buna anlayışla yanaşılmasını istəyirik”-deyə o, əlavə edib.