Sosial şəbəkədə biz:

Nazpəri İlhaməyə 25 min manat təzminat ödədi

Azərbaycanın tanınmış müğənnisi, xalq artisti Nazpəri Dostəliyeva həmkarı İlhamə Quliyevaya olan 25 min manat təzminat borcunu tam ödəyib. "Qafqazinfo" xəbər verir ki, bunu aznews.az-a müğənni İlhamə Quliyevanın vəkili Pərviz Hacılı deyib. Vəkilin sözlərinə görə, N.Dostəliyeva, təzminat pulunu ödəməklə yanaşı İlhamə Quliyevadan üzr də istəməlidir. Qeyd edək ki, xalq artisti İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasında gedən qalmaqala Ali Məhkəmənin qərarı son qoyub. Qərara əsasən N.Dostəliyeva İlhamə Quliyevaya 25 min manat cərimə ödəməli və ondan üzr istəməlidir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol