Sosial şəbəkədə biz:

Aviabiletlərin qiymətlərinin müqayisəli təhlili aparılacaq

15 July 2015, 14:06
Gündəm
Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq İqtisadiyyat və Sənaye Nazirliyi digər dövlət strukturları ilə birlikdə başqa ölkələrdə aviabiletlərin qiymətlərinin təhlilinə və müqayisəsinə başlayıb.
Bunu Trend-ə nazirlikdən deyiblər.
Nazirlikdən bildiriblər ki, Azərbaycanda və digər ölkələrdə aviabiletlərin qiymətlərinin müqayisəli təhlili aparılacaq.
Təhlilin nəticələrinə görə aviabiletlərin qiymətləri ilə bağlı müvafiq təkliflər hazırlanacaq.