Sosial şəbəkədə biz:

118 milyon dollarlıq qanunsuz neft ixracı faktı aşkarlandı

Qazaxıstanda 192,7 min ton xam neftin qanunsuz olaraq ixracı faktı aşkarlanıb. "Report" Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkənin Nəqliyyatı üzrə Baş Prokurorluğu məlumat yayıb. Prokurorluğun məlumatına görə, 22 milyard 7 milyon tenge ( təxminən 117 milyon 615 min dollar- red.) dəyərində 192 min 700 ton xam neftin qanunsuz olaraq ixrac edildiyi faktı müəyyənləşdirilib: "Fakt üzrə araşdırma aparılır". Prokurorluq bildirib ki, bu qanunsuz xarici iqtisadi fəaliyyətin neft istehsalçısı olmayan 13 iştirakçısı müəyyənləşdirilib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol