Sosial şəbəkədə biz:

General qızı vəfat edib - FOTO

Moskvada Azərbaycan diasporunun tanınmış üzvü, Sovetlər İttifaqında kosmonavtikanın banilərindən biri olmuş general Kərim Kərimovun qızı texniki elmlər doktoru, professor Sürəyya Kərimova vəfat edib. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, Sürəyya Kərimova iyulun 20-də Moskvanın Vaqankovski qəbristanlğında atasının məzarı yaxınlığında dəfn ediləcək. Sürəyya Kərimovanın nəşi yandırılmaq üçün krematoriyaya təhvil verilib. Bu, onun öz vəsiyyətinə uyğun olaraq edilib. Belə ki, Sürəyya Kərimova sağlığında atası Kərim Kərimovun məzarının yanında dəfn olunmasını vəsiyyət edib. Lakin Kərim Kərimovun məzarının yanında yer olmadığından onun nəşinin yandırılaraq dəfn olunması qərara alınıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol