Sosial şəbəkədə biz:

Deputatlar 3150 manat alıb, tətilə getdilər

20 July 2015, 13:30
Gündəm
Azərbaycan Milli Məclisin Daxili Nizamnaməsinə müvafiq olaraq deputatlar tətilə buraxılıb. AZXEBER.COM-un məlumatına görə,"Deputatın statusu haqqında" qanuna əsasən, deputatlara məzuniyyətdə olduğu zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət də verilir. Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3825 manat, sədrin birinci müavini 4050 manat, sıravi deputatlar isə 3150 manat müavinət alırlar. Tətil müddəti avqustun 30-dək davam edəcək.