Sosial şəbəkədə biz:

Türkiyə ordusu tamamilə hərəkətə keçdi - (FOTO)

20 July 2015, 21:28
Gündəm
Dəhşətli terror aktından sonra sərhədə əlavə tank və digər zirehli hərbi texnikalar gətirilib Türkiyənin Şanlıurfa vilayətində qanlı terror aktından sonra Türkiyə ordusuna əmr verilib. ANS PRESS-in məlumatına görə, Türkiyə Silahlı Qüvvələri Suriya sərhədinə yerləşdirilən tank, haubitsalar, raket və topların istiqamətini Suriya tərəfinə çevrib. Sərhədə əlavə tank və digər zirehli hərbi texnikalar gətirilib. Türkiyə əsgərləri Türkiyədən Suriyaya və Suriyadan Türkiyəyə giriş-çıxışı tamamilə bağlayıb.