Sosial şəbəkədə biz:

Bakıya gələn qatarlar niyə gecikdi? – Səbəb

12 May 2017, 10:22
Gündəm
Hava şəraitinin küləkli olması səbəbindən bu gün əksər qatarlar Bakıya ləngimə ilə çatıb. Bunu Trend-ə Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin İctmaiyyətlə əlaqələr şöbəsinin müdiri Sevinc Qədirova bildirib. Onun sözlərinə görə, səhər saatlarında Qazaxdan Bakıya gələn sərnişin qatarı da yarım saat ləngimə ilə Bakıya çatıb: “Ləngiməyə səbəb hava şəraiti olub. Hava küləkli olduqda qatarların sürəti azaldılır. Buna görə də bu gün bütün qatarlar yarım saat ləngimə ilə təhlükəsiz şəraitdə Bakıya çatıblar”.