Sosial şəbəkədə biz:

AZAL pijama və uşaq hədiyyəsi üçün 2 min manat istəyir

Azərbaycan Hava Yolları Şirkəti (AZAL) iyulun 10-dan etibarən sərnişinlər üçün yeni xidmət sinfi istifadəyə verib. "Biznes-lüks" adlanan yeni sinif "Ekonom" sinifdən yüksək olan "Biznes-klass" sinfindən daha yüksək sayılır və hələki üç istiqamətdə Bakı-New York - Bakı, Bakı-London - Bakı, Bakı - Pekin - Bakı reyslərində tətbiq olunacaq. "Report" yeni əlavə olunan sinfin qiymətləri və üstünlüklərini araşdırıb. Məsələn, avqustun 3-dən 10-na qədər reallaşacaq Bakı-NyuYork-Bakı reysində “Biznes-klass” biletləri 2 801 manat, "Biznes-lüks" isə 4 362 manat təşkil edir. Avqustun 4-dən 11-nə qədər olan Bakı-London-Bakı reysində "Biznes-klass" üzrə biletin qiyməti 1 284 manat, "Biznes-lüks"da isə 3 316 manatdır. Yeni sinfin tətbiq olunduğu Bakı-Pekin-Bakı reysində isə avqustun 4-dən 11-nə qədər həyata keçəcək uçuşun "Biznes-klass" sinfi üzrə bilet qiyməti 1 196 manat, "Biznes-lüks"da isə 2 364 manatdır. AZAL-dan sayta verilən məlumata görə, "Biznes-lüks" bileti alan şərnişinlər pijama, uşaqlar üçün hədiyyələr, bəzi fərqli çeşiddə sərinləşdirici və spirtli içkilərə görə, Bakı-NyuYork-Bakı reysində 1 561 manat, Bakı-London-Bakı reysində 2 032 manat, Bakı-Pekin-Bakı reysində isə 1 168 manat əlavə pul ödəməli olacaq.  


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol