Sosial şəbəkədə biz:

Nazir aviabilet və dərmanların qiymətini nəzarətə götürdü

"Dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi sahədə qanunvericilik bazası yaradılıb, qiymətlərin tənzimlənməsi mexanizmi hazırlanıb". Azinforum.az xəbər verir ki, bunu iqtisadi inkişaf naziri Şahin Mustafayev deyib. O, qeyd edib ki, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlər yaxın vaxtlarda qiymətlərin əhəmiyyətli dərəcədə aşağı düşməsinə imkan verəcək: “Bununla yanaşı, dərman satışı bazarında keyfiyyətə xüsusi diqqət yetiriləcək”. Nazir eyni zamanda qeyd edib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, aidiyyəti dövlət qurumları ilə birlikdə aviabiletlərin qiymətlərinin təhlili aparılır və qiymətlərin aşağı salınması istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol