Sosial şəbəkədə biz:

Müsavatda istefa

23 May 2017, 10:28
Gündəm
Müsavat Partiyasının Suraxanı rayon təşkilatının sədr müavini Fəzli Mehdiyev partiya sıralarından istefa verib. Bu barədə “Report”a F.Mehdiyev özü məlumat verib. O, istefasının səbəbini partiya daxilində baş verənlərlə əlaqələndirib: “Müsavat Partiyası daxilində aparılan siyasətə, saxtakarlığa etiraz əlaməti olaraq istefa verirəm”. Qeyd edək ki, F.Mehdiyev Müsavat Partiyasının 2014-cü ildə keçirilən qurultayında hazırkı Müsavat başqanı Arif Hacılını dəstəkləyib.