Sosial şəbəkədə biz:

Vasif Talıbov həkimlərin maaşını artırdı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan bir sıra müəssisələrdə çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam verib. Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Xəstəliklər Dispanserində, Ağciyər Xəstəlikləri Dispanserində, Yoluxucu Xəstəliklər Mərkəzində və Onkoloji Mərkəzdə çalışan işçilərin vəzifə maaşları 10 faiz artırılıb. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. Sərəncam 2015-ci il iyulun 1-dən qüvvəyə minir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol